İyunun 19-da Bakı Slavyan Universitetinin (BSU) Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzində hazırlanan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın 8 dilə tərcümə olunmuş nəşri, “Qərbi Azərbaycan folkloru etnopedaqogika mənbəyi kimi” dərs vəsaiti və proqram, eləcə də “Qərbi Azərbaycan şivələrinin leksikasının tədqiqi” adlı kitabların Naxçıvan Dövlət Universitetində sərgisi təşkil edilib.
"Unikal" xəbər verir ki, sərgi çərçivəsində nümayiş olunan kitablar Naxçıvan Dövlət Universitetinə hədiyyə olunub.
Qeyd edək ki, nəşrlər Qərbi Azərbaycanın tarixi-mədəni irsinin, folklorunun, dil xüsusiyyətlərinin və qayıdış ideyasının elmi əsaslarla öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.






























.jpeg)





.jpeg)
















