Türkiyənin "Fənərbağça" komandası heyətinə yeni futbolçu cəlb edib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi sabiq oyunçusu Vedat Muriqini yenidən heyətinə cəlb edib.

Kosovo millisinin hücumçusu ilə 3 illik müqavilə imzalanıb.

V.Muriqi daha əvvəl - 2019-2020-ci illərdə "Fənərbağça"da çıxış edib.