Xaçmaz sakini göldə boğulub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Manafoba kəndində olub. Belə ki 50 yaşlı Hacıbaba Əli oğlu Mustafayevin meyiti özünə məxsus bağ sahəsindəki süni su hövzəsində aşkarlanıb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.