Beynəlxalq münasibətlərdə azadlıq, bərabərlik və ya qardaşlıq qalmayıb.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Primakov oxunuşları" elmi-ekspert forumunda çıxışı zamanı deyib.
Peskov Böyük Fransa İnqilabı dövründə səsləndirilən "Azadlıq, Bərabərlik, Qardaşlıq" şüarının müasir reallıqlarda aktuallığına münasibət bildirərkən deyib: "Beynəlxalq münasibətlərdə və beynəlxalq həyatda uzun müddətdir ki, nə azadlıq, nə bərabərlik, nə də qardaşlıq qalmayıb".
Diplomat əlavə edib ki, Rusiyanın da mənsub olduğu mövcud ölkələr, dövlətlər və sivilizasiyalar şübhəsiz ki, gələcəkdə mövcud olacaq. Lakin onların hansı qaydalara və təlimatlara əsaslanacağı məsələsi müzakirə mövzusu olaraq qalır.
Ağarza Elçinoğlu



























.jpg)









.jpg)






.png)



