Dünyanın nüfuzlu ali təhsil reytinq təşkilatlarından olan Times Higher Education (THE) tərəfindən hazırlanan Impact Rankings 2026 nəticələri açıqlanıb.
"Unikal" xəbər verir ki, UNEC builki reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq mühüm uğura imza atıb. Belə ki, UNEC 1603 ali təhsil müəssisəsi arasında dünyanın ən yaxşı 301-400-cü universiteti olub. Ötən il reytinqdə 801-1000-ci sırada yer aldığı halda, UNEC bu il dünyanın ən yaxşı TOP 400 universiteti adını qazanıb.
Bütövlükdə, 17 Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 16-sı üzrə UNEC-in nəticələri dünya üzrə median göstəricilərdən yüksəkdir.
UNEC “Bərabərsizliyin azaldılması” istiqaməti üzrə dünyada 19-cu yerdədir və TOP 20 universitet sırasına daxil olub.
Bundan başqa, UNEC “Sərfəli və təmiz enerji” istiqaməti üzrə 46-cı, “Keyfiyyətli təhsil” üzrə isə 64-cü yeri tutaraq dünyanın TOP 100 ən yaxşı universiteti arasında yer alıb.
Eləcə də UNEC “Yoxsulluğa son”, “Aclığa son”, “Təmiz su və sanitariya”, “Məsuliyyətli istehlak və istehsal” və “Torpaq ekosisteminin mühafizəsi” istiqamətləri üzrə 101-200-cü yerə yüksəlib.
Qeyd edək ki, THE Impact Rankings universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini, onların cəmiyyətə, iqtisadiyyata və ətraf mühitə təsirini qiymətləndirən ən nüfuzlu beynəlxalq reytinqlərdən biridir.


























.jpg)










.jpg)






.png)



