Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb.
Bu barədə "Unikal"a Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.
Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1+1 illikdir.
21 yaşlı mərkəz yarımmüdafiəçisi "Arko Zaragoza" akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina "Banfield"ində başlayan Herreranın sonuncu klubu Dominikan təmsilçisi "San Kristobal" olub.

























.jpg)










.jpg)






.png)




