Rusiya Prezidenti Vladimir Putin xarici vətəndaşlar üçün dövlət rüsumlarını əhəmiyyətli dərəcədə artıran qanunu təsdiqləyib.

"Unikal" xəbər verir ki, müvafiq qanun rəsmi hüquqi informasiya portalında dərc edilib.

Yeni qaydalara əsasən, miqrantlar üçün rüsumlar bir neçə sahədə artacaq: Rusiya pasportunun alınması üçün rüsum on iki dəfə - 4200-dən 50.000 rubla qədər; müvəqqəti yaşayış icazəsinin alınması üçün rüsum səkkiz dəfə - 1920-dən 15.000 rubla qədər; daimi yaşayış icazəsinin alınması üçün rüsum isə beş dəfə -6000-dən 30.000 rubla qədər artacaq.

Xarici işçi qüvvəsinin işə götürülməsi üçün icazələrin verilməsi üçün də rüsum tətbiq olunacaq: hər bir işə götürülən mütəxəssis üçün 15.000 rubl.