ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışan və dostluqları mühüm geosiyasi əhəmiyyət daşıyan ölkələrə investisiya qoymaqdan imtina edə bilmərik.
"Unikal" xəbər verir ki, bu fikirləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Vaşinqtonda keçirilən Transxəzər Forumunda səsləndirib.
Senator bildirib ki, Amerikanın Xəzər bölgəsində artan iştirakı hər iki tərəf üçün fundamental dəyişiklik deməkdir. “Prezident Donald Tramp, dövlət katibi Marko Rubio və administrasiyanın Amerika milli maraqlarının təmin olunmasına yönəlmiş qətiyyətli siyasəti Mərkəzi Asiya və Qafqazda nümayiş etdirilən cəsarətli liderliklə birlikdə yeni əməkdaşlıq və dostluq dövrü üçün böyük imkanlar yaradıb.
Ötən ilin avqustunda Ağ Evdə Ermənistan və Azərbaycan arasında əlamətdar sülh sazişinin imzalandığının şahidi olduq. Həmçinin Vaşinqtonda C5+1 zirvə görüşü keçirildi. Bu iki hadisə Amerika diplomatiyasında yeni mərhələyə keçidin, eləcə də geostrateji baxımdan mühüm regiona artan diqqətin göstəricisidir.
ABŞ, Mərkəzi Asiya və Qafqaz ölkələri artıq strateji baxımdan bir-birinə daha da yaxınlaşıb. Bu fundamental dəyişiklik nəticəsində münasibətlərimiz hazırda olduqca müsbət mərhələyə qədəm qoyub və bunun uzunmüddətli olacağına inanırıq”, – deyə senator əlavə edib.



















.jpg)




.jpg)



















.jpeg)
.jpeg)







