Futbol üzrə Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, komandanın nümayəndə heyətinə ölkənin tanınmış aşpazları da daxil ediləcək.
Bildirilib ki, bu addım futbolçuların yarış zamanı öyrəşdikləri qidalanma rejimini qoruyub saxlamalarına xidmət edir.
Qeyd olunub ki, Norveç yığması üçün bu təcrübə yeni deyil. Komanda əvvəlki Olimpiya Oyunlarında da idmançıların ehtiyaclarını qarşılamaq məqsədilə ölkədən ərzaq məhsulları aparmışdı. Milli komandanın qida siyahısına, həmçinin 116 kiloqram qəhvəyi pendir və 6 min ədəd portağal da daxildir. Dünya çempionatına yollanacaq aşpazlar arasında 1990-cı illərdən etibarən Norveç yığması ilə çalışan Kristian Karlsson da yer alacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Norveç yığması İ qrupunda Fransa, Seneqal və İraq seçmələri ilə qarşılaşacaq.














.jpg)




.jpg)



















.jpeg)
.jpeg)











