"Ermənistan Respublikasının yeni Konstitusiyasının mətni hələlik yekunlaşdırılmayıb, çünki prosesdə iştirak edən bir sıra tərəfdaşlar hələ də öz müşahidələrini və təkliflərini təqdim etməyiblər".
"Unikal" xəbər verir ki, bunu Ermənistan ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
O, əlavə edib ki, yekun mətnin dərc olunacağı tarixlə bağlı hələlik qərar verilməməsinin səbəbi də elə budur: "Yaxın gələcəkdə Konstitusiyanın mətnini tamamladıqdan sonra bəzi həmkarlarımız tərəfindən rəylərin göndərilməsini gözləyirik. Həmin rəyləri toplamaq, tamamlamaq və müzakirə aparmaq üçün bir-iki həftəyə ehtiyacımız olacaq, yalnız bundan sonra mətni dərc etməyə hazır olub-olmadığımıza qərar verəcəyik"".
Qalyanın sözlərinə görə, Konstitusiyaya düzəliş etmək hökumətin inqilabdan sonra üzərinə götürdüyü və seçkiqabağı prosesdə yenidən təsdiqlədiyi siyasi öhdəlikdir.
Ağarza Elçinoğlu














.jpg)




.jpg)



















.jpeg)
.jpeg)











