"Eyüpspor"un sabiq məşqçisi Atila Gerin yeni klubu müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Təcrübəli mütəxəssis 1-ci Liqa təmsilçisi “Kayserispor” ilə anlaşıb.

58 yaşlı çalışdırıcı ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, Atila Gerin rəhbərliyi altında "Eyüpspor" son 5 oyunda 11 xal toplayaraq elitada qalmağa nail olub.