Cümhuriyyət Xalq Partiyasının 38-ci qurultayı ilə bağlı müzakirələrdə qurultayı keçirən də, qurultaya nöqsan qarışdığını iddia edən də, bu iddiaları sənədləri ilə birlikdə məhkəməyə aparıb haqqını axtaran da CHP üzvləridir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında yazıb.
"Qazi Mustafa Kamalın (Atatürkün – red.) qurduğu partiyanı, üzr istəyərək deyirəm, pavyon masalarına salanlar yenə özləridir", - o bildirib.
Ərdoğanın sözlərinə görə, rüşvət ittihamları da CHP üzvləri arasındadır:
"Dünən "xalqın ümidi" dediklərinə bu gün "xain" damğası vuranlar da özlərindən başqası deyil".














.jpg)




.jpg)


















.jpeg)
.jpeg)












