Xəbər verdiyimiz kimi, türkiyəli şoumen Mehmet Ali Erbil ötən həftə "TikTok" sosial platformasında tanış olduğu 21 yaşlı Eylem Çeliklə sevgili olduğunu açıqlamışdı. Cütlüyün aralarında yaş fərqi maqazin dünyasında diqqət çəkmişdi.
"Unikal" xəbər verir ki, çox keçmədən gündəm olan məsələyə Eylem Çelik tərəfindən aydınlıq gətirilib. İctimaiyyətdə ajiotaj yaradan iddialardan sonra sükutu pozan Çelik, Erbil ilə necə tanış olduğunu və baş verənləri izah edib. O, həmçinin məşhur şoumenə qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb.
Mehmet Ali Erbilin onunla "Instagram" vasitəsilə əlaqə saxladığını bildirən Eylem Çelik, tanışlıq prosesini danışıb:
"O, mənə "Instagram"da yazırdı. Mən də ona tələbə olduğumu və aktrisalıqla maraqlandığımı dedim. O, "İstanbula gələndə görüşək və bir qəhvə içək" dedi. Onunla görüşdüm, çünki o, iş müsahibəsi keçirəcəyini dedi. Çox xoşbəxt idim; düşündüm ki, mənə kömək edə bilər. Qəhvə içdik. Daha sonra məni evinə dəvət etdi və mənə bəzi sənədlər verəcəyini dedi".
Dəvətlə Erbilin evinə getdiklərini bildirən Çelik, evə girdikdən dərhal sonra gözlənilməz bir vəziyyətlə qarşılaşdığını iddia edib:
"Biz çatanda köməkçisi qapını açdı. Evdə üç-dörd nəfər var idi. Köməkçisindən soruşdum: "Tualetdən istifadə edə bilərəmmi?" Tualetdən çıxan kimi bəy canlı yayıma başladı. Mehmet Ali Erbil mənə dedi ki "Köməkçim ol, sevgilim ol, gəl mənimlə yaşa". Bundan sonra tələsik evdən çıxdım".
Hadisələrdən sonra Mehmet Ali Erbili məhkəməyə verməyə hazırlaşdığını bildirən Eylem Çelik, psixoloji cəhətdən sarsıntı keçirdiyini bildirib:
"Mehmet Ali bəyi məhkəməyə verəcəyəm. Mənə qarşı etdiyi bu böhtan səbəbindən ictimaiyyət qarşısına çıxa bilmirəm. Onun ucbatından çox pis xatırlanıram".


























.jpg)






.png)
















