Rusiyanın nüfuzlu iş adamlarından biri olan İlya Traber Sankt-Peterburqda saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, 75 yaşlı iş adamına qarşı cinayət işi açılıb və evində axtarış aparılıb. Əməliyyatlar FTX-nin Mərkəzi Aparatının əməkdaşları tərəfindən həyata keçirilib. Təfərrüatlar açıqlanmayıb.
İlya Traber dəniz terminalları, logistika, Baltik dənizindəki torpaq aktivləri, liman xidməti şirkətləri və neft, qaz və nəqliyyat sektorlarındakı əlaqəli layihələri əhatə edən infrastruktur və liman qrupuna sahibdir.
Ağarza Elçinoğlu


























.jpg)






.png)
















