Naxçıvan Dövlət Universitetinin "Xalq çalğı alətləri" kafedrasının dosenti Zəminə Nəcəfova vəfat edib.

"Unikal" xəbər verir ki, Z.Nəcəfova 1991-2017-ci  illərdə  Naxçıvan  Musiqi Kollecində  kamança  müəllimi kimi fəaliyyət göstərib.

2001-ci ildən Naxçıvan Dövlət Universitetində  əvvəl müəllim, 2008-ci ildən baş  müəllim,  2012-ci ildən isə dosent vəzifəsində çalışıb.