Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

"Unikal" xəbər verir ki, qrup mərhələsi matçında Norveç İraqı 4:1 hesabı ilə məğlub edib.

Norveçin heyətində Erlinq Holann (29, 43), Leo Estiqor (76) və Kristian Torstvedt (90+7) fərqləniblər. İraq komandasından isə Ayman Hüseyn (39) qol vurub.

J qrupunda saat 05:00-da Argentina Əlcəzairlə münasibətlərini aydınlaşdıracaq.

Saat 08:00-da isə eyni qrupda Avstriya İordaniya ilə oynayacaq.