Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb.

"Unikal" xəbər verir ki, avropalı diplomatı öz paylaşımında bunları yazıb:

“Sülh… ölkələr və insanlar arasında körpülər qurmaq vasitəsilə.

Fiziki və məcazi mənada!

Mən Cənubi Qafqaz üçün 200 milyon avroluq “Bağlantılar vasitəsilə Sülh” Proqramını elan etdim.

Dinc, bir-birinə bağlı və firavan bir region üçün”.