2 iyul 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində 2 İyul-Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon Polis Şöbəsinin əməkdaşları, şəhid olmuş polislərin ailə üzvləri, veteran polislər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının və dünyasını dəyişmiş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Azərbaycan Polisi Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək 2 iyul 1918-ci il tarixdə müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktının imzalanmasından, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarında intensiv surətdə həyata keçirilən tədbirlərdən, 1998-ci ildən etibarən hər il 2 iyul tarixinin Azərbaycan Polisi Günü kimi qeyd edilməsindən, Heydər Əliyev ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisinin bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrin öhdəsindən bacarıqla gəlməsindən, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğrultmalarından bəhs etmişlər.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmişdir.



















.jpg)


.jpg)







.jpg)




















