Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahının komandanı Əli Abdullahi ABŞ və İsraili İranın mərhum ali rəhbəri Əli Xameneinin dəfn mərasimi zamanı İslam Respublikasına qarşı hər hansı hərbi addımdan çəkinməyə çağırıb.
"Unikal" xəbər verir ki, İranın dövlət televiziyasının yaydığı məlumata görə, Abdullahi bildirib:
"Bu möhtəşəm və ibrətamiz günlərdə İranın düşmənlərini, ilk növbədə ABŞ-ni, sionist rejimi və onların regional və regiondankənar müttəfiqlərini hər hansı səhv hərəkətlərdən çəkinməyə, habelə, İran Silahlı Qüvvələrinin vətənə qarşı istənilən təhdid və ya təcavüzə sərt cavab verməyə hazır olduğunu unutmamağa çağırırıq”.
O, ABŞ, İsrail və onların müttəfiqlərinə "səhv hesablamalardan çəkinməyi" tövsiyə edərək, İrana qarşı istənilən addımın "sərt cavab" ilə qarşılanacağını vurğulayıb.


















.jpg)


.jpg)







.jpg)





















