Dünən Tehranda İranın ali rəhbəri Müctəba Xameneinin həyat yoldaşı Zəhra Həddad Adillə vida mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə Zəhra Həddad Adilin atası, Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri, İran parlamentinin keçmiş sədri Qulaməli Həddad Adil, ailə üzvləri və bir sıra digər şəxslər iştirak ediblər. Ancaq Müctəba Xameneyi və ona yaxın şəxslərin mərasimə qatılmadığı bildirilir.
Xameneinin mərasimdə görünməməsi onun həyatda olmaması və ya ağır yaralı vəziyyətdə olması ilə bağlı iddiaların yenidən gündəmə gəlməsinə səbəb olub.
Müctəba Xamenei atasının vida mərasimində də iştirak etməyəcək. İranın hazırkı ali dini lideri İsrail və ABŞ-nin hücumları nəticəsində yaralanıb. Qərb KİV-i onun anlaqsız və vəziyyətinin ağır olduğunu iddia ediblər. İran rəsmiləri bu məlumatları təkzib edib, lakin Müctəba Xameneinin yüngül yaralandığını bildiriblər. İran - ABŞ və İsrail qarşıdurmasından sonra Müctəba Xamenei ictimaiyyət arasına çıxmayıb. Onun bəyanatları əsasən adına açılan sosial media hesablarında yayımlanır.
Qeyd edək ki, Zəhra Həddad Adil fevralın 28-də ABŞ və İsrailin İranın mərhum ali rəhbəri Əli Xameneyinin iqamətgahına endirdiyi hücum zamanı həlak olub.



















.jpg)


.jpg)






.jpg)





















