"Nottinqem Forest" baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2026-cı ilin fevralından komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssislə yanaşı, onun məşqçilər korpusu da klubdan ayrılıb.

Qeyd edək ki, Vitor Pereyranın rəhbərliyi altında "Nottinqem Forest" 2025/2026 mövsümünü İngiltərə Premyer Liqasında 16-cı pillədə başa vurub.