Amerika vətəndaşı 18-ci dəfə hot-doq yemək yarışmasında qalib gəlib.

"Unikal" xəbər verir ki, Nyu-Yorkun Koni adasında keçirilən illik yarışmada 42 yaşlı Coi Çestnat dünyanın ən çox hot-doq yeyən sakini statusunu bir daha təsdiqləyib. O, 10 dəqiqədə 66 hot-doq yeyib və yarışmanın əsas mükafatı olan 18-ci "Xardal Kəməri"ni qazanıb. Çestnat turnirin bütün zamanlarının rekordçusu olaraq qalır. O, 2021-ci ildə 10 dəqiqədə 76 hot-doq yeyərək dünya rekordunu özündə saxlayır.