Xəbər verdiyimiz kimi, 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlu, onun övladları – 2008-ci il təvəllüdlü İsgəndərli Tunar Şərif oğlu və 2009-cu il təvəllüdlü İsgəndərli Fidan Şərif qızı Ağdam rayonunun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçınçay su anbarında baş vermiş faciə nəticəsində həyatlarını itiriblər.

"Unikal" xəbər verir ki, bloger Elçin Lənbəranski Şərif İsgəndərovun ailəsinə istinadən hadisənin detallarını açıqlayıb.

Qeyd edilib ki, Şərif İsgəndərov ayağı ilişərək su anbarına düşən 12 yaşlı övladını xilas etmək istəyərkən suda boğulub. Atasının boğulduğunu görən Fidan və Tunar isə ona kömək etmək üçün düşünmədən suya atılırlar. 12 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olsa da, ata və iki övladı dünyasını dəyişib.