Ramzan Kadırov Çeçenistan Respublikasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə regional hökumətin sədri Maqomed Daudov bildirib.

Onun sözlərinə görə, Kadırovun namizədliyi Çeçenistan liderinin Ali Şuranın üzvü olduğu "Vahid Rusiya" partiyasının yerli şöbəsinin konfransında yekdilliklə dəstəklənib. 

Baş nazir əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Kadırova yüksək etimad göstərir. 

Ağarza Elçinoğlu