"Belarus döyüşmək istəmir, amma düşmən qarşısında baş əymək niyyətində də deyil".

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. 

"Biz dinc insanlarıq, döyüşmək istəmirik, amma eyni zamanda düşmənə baş əymək niyyətində deyilik", - deyə o, ifadə edib. 

Lukaşenko qeyd edib ki, Belarus xalqı nasist işğalı zamanı inanılmaz sınaqlara dözüb və müharibəyə genetik olaraq davamlıdır.

Gülayə Mecid