Şri-Lankadakı Neqombo həbsxanasında baş verən iğtişaş böyük faciə ilə nəticələnib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün başlayan hadisələrdə 25 nəfər ölüb, təxminən 100 nəfər yaralanıb. Ölənlərdən beşi gözətçi, 20-si isə məhbus olub. Hadisədən sonra həbsxanada təhlükəsizlik tədbirləri artırılıb və genişmiqyaslı araşdırma başlanıb.
Səlahiyyətlilər iğtişaşın səbəbini müəyyən etmək üçün genişmiqyaslı araşdırmanın başlandığını açıqlayıblar. Həbsxanadakı hadisələrin nəzarət altına alındığı bildirilsə də, istintaqın davam etdiyi də qeyd edilib.












































