FIFA referisi Tural Qurbanov növbəti dəfə beynəlxalq təyinat alıb.

"Unikal" xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Monteneqroda “Deçiç” və “Liepaya” (Latviya) komandaları arasında keçiriləcək cavab qarşılaşmasının baş hakimi olacaq.

Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.