İyulun 6-da Ermənistan Respublikası parlamentinin sədr müavini Ruben Rubinyan Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Həmsöhbətlər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nəqliyyat və logistika imkanlarına, eləcə də Ermənistan-Azərbaycan sülh prosesinə istinad edilib. 

Ağarza Elçinoğlu