Ermənistandakı bir neçə seçki məntəqəsi bağlandıqdan sonra müvəqqəti olaraq elektrik enerjisi kəsilib.

"Unikal" xəbər verir ki, "Elseti Armenia"nın rəhbəri vəzifəsini icra edən Romanos Petrosyan on seçki məntəqəsində elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumatlara cavab verib. O, sosial mediada təxminən 2000 işçinin növbətçilik etdiyini və bütün ünvanlarda elektrik enerjisinin bərpası üçün çalışdığını yazıb.

O, daha sonra bütün seçki məntəqələrində elektrik enerjisinin bərpa olunduğunu və hamısının fasiləsiz təchiz olunduğunu yazıb.

"Bütün elektrik kəsintiləri həll olunana qədər seçki məntəqələri lazımi işıqlandırma və ehtiyat enerji mənbələri ilə təmin edilib. Əlbəttə ki, rəqib siyasi qüvvələrin bütün nümayəndələri - onların etibarlı nümayəndələri - seçki məntəqələrində, möhürlənmiş seçki qutularının yanında fiziki olaraq iştirak edirlər", - deyə Petrosyan qeyd edib.