İş adamı Emin Ağalarov Azərbaycan Prezidenti ilə ilk dəfə necə tanış olması və Leyla Əliyeva ilə münasibətlərindən danışıb.
"Unikal" xəbər verir ki, Sveta Bondarçukun qonağı olan Ağalarov Azərbaycan Prezidenti ilə İsveçrənin Sankt-Morits kurortunda tamamilə təsadüf nəticəsində qarşılaşdığını bildirib:
"Dostlarımla Sankt-Moritsə xizək sürürdük. Onlardan biri dedi ki, Azərbaycan Prezidenti də buradadır. Mən sadəcə yaxnlaşdım və "Salam, əlinizi sıxa bilərəm? Araz Ağalarovun oğluyam" dedim. Söylədi ki, "Mən sənin atanı tanıyıram, salam de".
Ailə həyatı və münasibətlərindən danışan iş adamı vurğulayıb ki, onların birliyi hər hansı bir statusa deyil, yalnız səmimi hisslərə əsaslanıb:
Bizim səmimi münasibətimizdən başqa əlaqəmizdə heç bir səbəb olmayıb. Leylanın onun yalnız xoşbəxtliyini istəyən möhtəşəm valideynləri vardı. Onlara başqa heç nə lazım deyildi. Onlar üçün vacib olan qızlarının xoşbəxtliyi idi".


























.jpg)





























