Türkiyənin Bolu vilayətində yerləşən mədənlərdən birində uçqun baş verib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində işçilərdən biri dağıntılar altında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə xilasedicilər, tibb briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda işçiyə çatmaq və onu təhlükəsiz şəkildə xilas etmək üçün əməliyyat davam etdirilir. Xilasetmə qrupları uçqun altında qalan işçinin yerini müəyyənləşdirməyə çalışır.
Hadisənin başvermə səbəbləri araşdırılır. İşçinin vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.



























.jpeg)




















