“AS Group” şirkətinə aid olan “4You” Mənzil-Tikinti Kooperativi Bakıda ağacları kəsib.

“Unikal”ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu, Azər Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində “4You” MTK-ya məxsus ərazidə tikinti işləri aparılarkən yaşıllıqların məhv edilməsi müəyyən edilib. 

Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Murad İbrahimli