Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, "Changan" və "Hyundai" markalı avtomobillər toqquşub. Qəza zamanı "Changan" markalı avtomobil aşıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 3-də saat 13:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (iki qadın, bir kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri davam etdirilir, vəziyyətləri stabildir.