Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Saloğlu qəsəbə və Qarahəsənli kənd yaşayış məntəqələrində vətəndaşların növbəti səyyar qəbullarını keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbullarda rayonun rəhbər vəzifəli şəxsləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eyni zamanda, yerli sakinlər iştirak ediblər.
Səyyar qəbullarda giriş nitqləri söyləyən RİH başçısı bildirib ki, bu gün ölkəmizdə höküm sürən ictimai-siyasi sabitlik, vətəndaşlarımızın təhlükəsiz və əmin-əmanlıq mühitində yaşaması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlətimizin iqtisadi siyasətinin mərkəzində dayanır və bu istiqamətdə ardıcıl tədbirlər uğurla icra olunur.
Səyyar qəbullarda vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu müraciət və təklifləri qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən olunub. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.






.jpg)



.jpg)

.jpg)


.jpeg)










.jpg)





























