"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandda davam etdirəcək.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, 34 yaşlı qolkiperin "Ayaks"a keçidi ilə bağlı razılıq əldə olunduğunu, tərəflərin 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulan icarə müqaviləsi imzalayacağını bildirib.
Məlumata əsasən, "Ayaks" futbolçunun maaşının böyük hissəsini öz üzərinə götürəcək. Keçidin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. O, 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında "Jirona"da keçirib, lakin zədə səbəbindən cəmi iki oyunda meydana çıxıb.






.jpg)



.jpg)

.jpg)


.jpeg)










.jpg)





























