Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, ağır yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı vurub.
Nəticədə 1995-ci il təvəllüdlü Həsənova Xəyalə Ağa qızı və 1995-ci il təvəllüdlü Tağızadə Hində Etibar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.






.jpg)



.jpg)

.jpg)


.jpeg)









.jpg)






























