İran ABŞ ilə memorandum çərçivəsində öhdəliklərini yerinə yetirəcək, lakin Tehran Vaşinqtona etibar etmir.
"Unikal" xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.
"Danışıqlar zamanı iki dəfə hücuma məruz qaldığımız üçün ABŞ-yə etibar etmirik. Eyni zamanda, biz həmişə dialoqa və sülhə hazır olmuşuq və öhdəliklərimizə sadiq qalırıq", - deyə o bildirib.
Pezeşkian həmçinin vurğulayıb ki, İran "qanunsuz və qeyri-insani" tələblərə "baş əymək" niyyətində deyil.
Dövlət başçısı əlavə edib ki, "əgər qarşı tərəf öz öhdəliklərinə əməl edərsə və razılaşdırılmış çərçivəni aşmazsa, biz də öz öhdəliklərimizə uyğun hərəkət edəcəyik".











.jpeg)





.jpg)


.jpg)




.jpg)
.jpg)


.jpeg)
























