Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

"Unikal" xəbər verir ki, K qrupunda Portuqaliya Özbəkistanla qarşılaşıb.

Görüş Avropa təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliyada Nunu Mendeş, Kriştianu Ronaldu (2 qol) və Rafael Leau fərqlənib. Özbəklərdə Abduvohid Nematov isə avtoqol müəllifi olub.