FİFA DÇ-2026-da pley-off mərhələsinə təsir edəcək yeni qayda dəyişikliyi üzərində işləyir.

"Unikal" xəbər verir ki, “The Times” nəşrinin məlumatına görə, qurum penaltilər seriyası ilə bağlı sistemə yenilik etməyə hazırlaşır. Məqsəd qərarvermə prosesində daha ədalətli balans yaratmaqdır.

Yeni qaydaya əsasən, komandalar püşkdən sonra ya ilk zərbəni vurma, ya da azarkeşləri önündə oynamaq hüququndan birini seçə biləcək. Digər üstünlük isə rəqib komandaya veriləcək.

FİFA bu dəyişikliklə bir komandanın eyni anda iki üstünlük qazanmasının qarşısını almağı hədəfləyir. Məsələ ilə bağlı danışıqların aparıldığı bildirilir. Qərarın ilk 1/8 final oyunundan əvvəl təsdiqlənə biləcəyi qeyd olunur.