İraqın cənubunda yerləşən Zi-Qar və Bəsrə vilayətlərini birləşdirən beynəlxalq magistral yolda sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 21 nəfər həlak olub, daha 19 nəfər isə xəsarət alıb. Hadisə ilə bağlı ölənlərin sayı ilkin xarakter daşıyır və ağır vəziyyətdə olan yaralıların olması səbəbindən arta bilər. Hadisənin səbəbləri araşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaralılar dərhal yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir.
Məlumata görə, qəza Bəsrədən gələn sərnişin avtobusunun toqquşması nəticəsində baş verib. Hadisə zamanı avtobusda güclü yanğın yaranıb və nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.




.jpg)


































.jpg)

















