"Sionist rejimi (İsrail - red.) İrana cavab verərsə, işğal olunmuş ərazilərdəki daha geniş hədəflər siyahısına dərhal atəş açmaq üçün uyğun miqdarda İran raketləri artıq hazırdır".

"Unikal" xəbər verir ki, bunu hərbi mənbə "Tasnim" agentliyinə bildirib.

O əlavə edib: "Əgər İsrail cavab verərsə, İranın növbəti atəşi daha kütləvi olacaq.

Sionistlər cavab verərsə, İran genişmiqyaslı döyüşə başlamağa hazırdır və sionistlər bu xəbərdarlığa qulaq asmalıdırlar".

Ağarza Elçinoğlu