Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə açıq məktub yazmasının səbəbini açıqlayıb.
"Unikal" xəbər verir ki, Ukrayna prezidenti Rusiya liderinə müraciətini ictimaiyyətə açıqladığını, çünki Vladimir Putinin məktubu oxuyub-oxumayacağından əmin olmadığını bildirib.
Britaniyanın "Sky News" televiziya kanalına verdiyi müsahibədə o, həmçinin vurğulayıb ki, bu format Kremli ictimai reaksiya verməyə məcbur edir və bu, xüsusilə Rusiya cəmiyyətinin, onun sözlərinə görə, müharibənin reallığından xəbərsiz "bir növ fantaziya dünyasında" yaşadığını nəzərə alsaq, vacibdir.
Putinin reaksiyasına və aparıcının məktubun özünün kifayət qədər "təvazökar" görünməsi ilə bağlı qeydinə münasibət bildirən Zelenski istehzalı şəkildə belə cavab verib:
"Siz sadəcə olaraq birinci versiyanı oxumamısınız!".









.jpg)


































.jpg)












