İngiltərə milli futbol komandası ABŞ-də təhlükəsizlik pozuntusunun qurbanı olub: Komandanın butsları, məşq topları və digər zəruri ləvazimatları Kanzas-Sitidə keçiriləcək ilk Dünya Kuboku oyunundan əvvəl məşq öncəsi oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Qeyd olunur ki, oğurluq avadanlıqların komandanın Floridadakı turnir öncəsi bazasından Missuri ştatındakı Svop Futbol Kəndindəki təlim-məşq düşərgəsinə daşınması zamanı baş verib.
Kanzas-Siti polisinin hadisəni araşdırdığı və iki şübhəlinin həbs olunduğunu təsdiqlədiyi bildirilir.
Komandanın heyəti 17 iyunda Xorvatiya ilə oyuna hazırlıqların pozulmasının qarşısını almaq üçün təcili olaraq oğurlanmış əşyaları yeniləməyə çalışır.
Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. İngiltərə qrup mərhələsində Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.
Ağarza Elçinoğlu
















.jpeg)

























.jpg)














