Tayland kralının böyük qızının cənazəsi minlərlə qara geyimli insanın müşayiəti ilə keçirilən dəfn mərasimi zamanı Banqkokdakı kral sarayına aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə AFP yazıb.
Şahzadə Ba kimi də tanınan Şahzadə Bajrakitiabha, qarın boşluğu infeksiyasına yoluxduqdan sonra cümə axşamı günü 47 yaşında vəfat edib. O, əvvəllər ürək xəstəliyinə görə üç ildən çox komada qalmışdı.
Minlərlə yas tutan insan Çulalongkorn Xəstəxanasından Böyük Saraya qədər təxminən 10 kilometrlik marşrutda düzülmüşdü.
Anım mərasimlərində hökumət rəsmiləri və vətəndaşlar da iştirak ediblər.
Tayland hökuməti hələlik dəfn mərasiminin dəqiq təfərrüatlarını açıqlamasa da, yas geyimlərinin istifadə olunmasını və dövlət bayrağının 15 gün ərzində yarıya endirilməsini əmr edib.
Şahzadə diplomat və hüquqşünas idi, Böyük Britaniya, Tayland və ABŞ-əa təhsil almış və Avstriyadakı səfir də daxil olmaqla müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Ağarza Elçinoğlu















.jpeg)


























.jpg)














