"Dünya tezliklə İranın qələbəsinin və müqavimətin təcavüzkar və terrorçu düşmən üzərində qələbəsinin əks-sədasını eşidəcək".
"Unikal" xəbər verir ki, bunu İranın Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Əbdüllahi deyib.
Onun bəyanatı general-mayor Qulaməli Rəşid və oğlu Əmin Abbas Rəşidin ölümünün ildönümü münasibətilə Dezful şəhərində keçirilən anım mərasimi münasibətilə verilən mesajda dərc olunub.
İranın keçmiş Ali Lideri Əli Xamenei tərəfindən 2016-cı ildə Xatəm əl-Ənbiya Qərargah rəisi təyin edilən general Qulaməli Rəşid bu vəzifəni ölümünə qədər icra edib. O və oğlu 13 iyun 2025-ci ildə İsrailin İrana hava hücumlarında həlak olublar.
Əbdüllahi çıxışında qeyd edib ki, itkinin ciddiliyinə baxmayaraq, general Rəşidin ölümü İranın "çəkindirici qüvvəsini və milli gücünü" nümayiş etdirib.
General həmçinin vurğulayıb ki, xalq dəstəyi ordu üçün vacib amil olaraq qalır.
Ağarza Elçinoğlu
















.jpeg)

























.jpg)














