Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsindəki körpülərə hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladimir Saldo özünün sosial şəbəkə hesabında açıqlayıb. 

O, Krıma aparan körpülərin Ukrayna hərbi qüvvələri tərəfindən atəşə tutulduğunu deyib: "Düşmən Çonqar istiqamətində körpülərə hücum etməyə cəhd etdi. Hazırda Cankoy keçid məntəqəsinə doğru nəqliyyatın hərəkəti dayandırılıb". 

Saldo daha bir körpünün vurulduğunu bildirib.

Ağarza Elçinoğlu