Qətər İran aktivləri ilə bağlı mübahisənin həlli üçün danışıqların bir hissəsi olaraq İrana 12 milyard dollarlıq maliyyə yardımı paketi təklif edir.
"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi yazıb.
Agentliyin məlumatına görə, təklifə Qətərdə saxlanılan 6 milyard dollarlıq İran vəsaitlərinin sərbəst buraxılması, eləcə də əlavə 6 milyard dollarlıq kredit xətti daxildir.
Tehran əvvəlcə danışıqların əvvəlində dondurulmuş aktivlərin yarısını, yekun razılığa gəldikdən sonra isə qalan hissəsini almaq istəyirdi. Lakin ABŞ bu variantı rədd etdi. Buna cavab olaraq Qətər alternativ bir tənzimləmə təklif etdi. Ayrılan 6 milyard dollar yalnız humanitar məqsədlər üçün qalacaq, əlavə 6 milyard dollar isə Qətər tərəfindən idarə olunan kredit və ya kredit xətti şəklində veriləcək. İran tərəfi sonda bu vəsaitlərdən necə istifadə edəcəyinə qərar verəcək.
Ağarza Elçinoğlu















.jpeg)


























.jpg)














