Tunis Respublikasının Prezidenti Kays Sayid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə
öz adımdan və Tunis xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı rifah, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.
Ölkələrimiz arasında mövcud qardaşlıq bağlarını daha da möhkəmləndirmək və xalqlarımızın mənafeyi naminə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirmək üçün birlikdə çalışmaq əzmimizi bir daha təsdiqləyirəm.
Həmçinin fürsətdən istifadə edərək Sizi və qardaş Azərbaycan xalqını Qurban bayramı münasibətilə də səmimi-qəlbdən təbrik edir və xoş arzularımı bildirirəm. Uca Allahdan bu mübarək bayramın qardaş ölkələrimizə və xalqlarımıza bol ruzi-bərəkət, bütün İslam aləminə isə daha böyük güc, rifah və əmin-amanlıq gətirməsini arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".












.jpeg)






































