Gəncə Dövlət Universitetinin (GDU) müəllimi Azadə Vəliyeva dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, A.Vəliyeva xəstəlik səbəbindən 53 yaşında vəfat edib.

O, GDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin "Menecment və turizm işi" kafedrasında çalışırdı.

Mərhum 2014-cü ildən etibarən Gəncə Dövlət Universitetində işləyirdi.