UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.

"Unikal" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə Azərbaycan çempionu "Sabah"ın da rəqibi müəyyənləşib.

"Səpələnmişlər" səbətində yer alan "bayquşlar" tarixində ilk dəfə yarışacağı ÇL-də Uels təmsilçisi TNS-ə rəqib olub. 

Xatırladaq ki, birinci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək